Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Zərdab şəhər 2 nömrəli körpələr evi-uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məktubuna əsasən Əlvənd və Məlikli kənd körpələr evi-uşaq bağçası binalarının qəzalı vəziyyətdə olması ilə əlaqədar istismarı dayandırılmış və həmin ərazilərdə yerləşən uşaq bağçaları tədrisin təşkili üçün əlverişli olan digər binalara köçürülmüşdür.
Fənn olimpiadalarının final mərhələsində 1 saylı məktəb liseyin 2 nəfər şagirdi coğrafiya və fizika fənləri üzrə yüksək nəticə göstərərək 3-cü yeri tutmaqla bürünc medal qazanmışlar.
Keçən dərs ilində tam orta məktəbləri bitirmiş 406 nəfər məzundan 149 nəfəri, əvvəlki illərin 14 nəfər məzunu ilə birlikdə 163 nəfər ali məktəblərə qəbul olunmuşdur ki, bu keçən ilki göstəricidən 1 nəfər azdır. Cəmi  1 nəfər, İsaqbağı kənd tam orta məktəbinin məzunu qəbul imtahanında 600-dən yuxarı 637 bal toplamışdır.
Hesabat ilində 1 nəfər müəllim Tərəqqi medalı, 2 nəfər müəllim Qabaqcıl Təhsil İşçisi döş  nişanı ilə təltif edilmişdir.
İl ərzində rayonun ümumtəhsil məktəblərində sağlam həyat tərzinin təbliğ olunması, gənclərin sağlamlığının qorunması, erkən nikahın qarşısının alınması, narkomanlığa qarşı mübarizəyə dair və dini radikalizm mövzularında maarifləndirici tədbirlər keçirilmişdir.
Şəhər 1 saylı məktəb liseydə, Məmmədqasımlı, Əlibəyli, Qaravəlli kənd tam orta məktəblərində keçirilmiş tədbirlərdə videoçarx nümayiş olunmuş və tədbir iştirakçılarına bukletlər paylanılmışdır.

Keçidlər