Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda nəqliyyat xidməti üzrə göstəricilər

11 may 2018 | 16:00

2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonunda avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 132,0 min ton olmuşdur. Bu göstərici 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 min ton və ya 2,3% artmışdır.
2018-ci ilin yanvar-mart aylarında Zərdab rayоnu üzrə avtomobil nəqliyyatı ilə 945 min nəfər sərnişin daşınmışdır ki, bu göstərici də keçən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox olmuşdur.
2018-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələrinin yerinə yetirdikləri xidmətlərin dəyəri rayon üzrə 53,3 min manat olmuşdur. Xidmətlərin 95,5 faizi dövlət müəssisələrinin, 4,5 faizi qeyri-dövlət müəssisələrinin hesabına yaranmışdır. Dövlət müəssisələrinin tərəfindən yerinə yetrilən xidmətlərin 50,9 min manatı iri, qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilən 2,4 min manatlıq xidmət isə kiçik müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər