Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

12 may 2018 | 16:00

2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 3590,0 min manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 123,0 min manat və ya 3,5 % artmışdır. Xidmətlərin 32,4 faizi hüquqi şəxslər, 67,6 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 479,8 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 %, iaşə dövriyyəsinin həcmi 433,3 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % artmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 1161,9 min manat (98,2 % dövlət mülkiyyəti,1,8 % qeyri dövlət mülkiyyəti) olmuşdur.  Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1142,0 min manatı iri müəssisələrin, 19,9 min manatı isə kiçik müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər