Şriftin ölçüsü :

Saytın rəngi :

Rabitə xidmətlari haqqında

16 may 2018 | 16:00

2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə göstərilmiş rabitə xidmətlərinin həcmi 161,2 min manat olmuşdur. Bütün növ rabitə xidmətlərindən  30,9 faizi poçt rabitəsi, 0,6 faizi sənədli elektrik rabitəsi 4,7 faizi şəhərlərarası və beynəlxalq telefon rabitəsi, 12,4 faizi şəhər telefon  rabitəsi, 11,1 faizi kənd telefon rabitəsi, 40,3 faizi internet xidmətləri üzrə qeydə alınmışdır.
Təhlil edilən dövrdə rabitə xidmətlərinə çəkilən xərclər 138,7 min manat olmuşdur. Bu xərclərin 60,9 faizi rabitə müəssisələrinin, 39,1 faizi poçt müəssisələrinin payına düşür.
Zərdab rayonunun rabitə sahəsində məşğul olanların sayı 2018-ci ilin yanvar-mart aylarında 67 nəfər (bundan 15 nəfər qadın) olmuşdur. İşçilərin 94,0 faizi dövlət mülkiyyətinə, 6,0 faizi qeyri-dövlət mülkiyyətinə mənsub müəssisələrdə çalışmışdır. Hesabat dövründə  rabitə sahəsində orta aylıq əmək haqqı 229,0 manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər