Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Məhərrəm ayının başlaması ilə əlaqədar görüş keçirilib

08 sentyabr 2018 | 16:00

Məhərrəm ayının başlaması ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində rayonun dini icma rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söz açıb. Məhərrəm ayının, Aşura və digər dini mərasimlərin qanunvericilik çərçivəsində, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin zəruriliyi diqqətə çatdırıb.
Görüşdə çıxış edənlər qeyd ediblər ki, İslam dini xalqımızın dünya görüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər