Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Zərdabda konsert proqramı təşkil edilib

07 aprel 2019 | 16:00

On milyonuncu sakinin doğulması münasibətilə aprelin 7-də Zərdab şəhərində  ağacəkmə aksiyası, konsert proqramı təşkil olunub, müxtəlif idman yarışları keçirilib. Zərdablılar və rayonumuzun qonaqları ağacəkmə aksiyasında iştirak edib, incəsənət ustalarının ifasında şən mahnıları dinləyiblər. Konsert atəşfəşanlıqla başa çatıb.
Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

 

Keçidlər