Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidentinin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində verdiyi tapşırıqlar Zərdab rayonunda uğurla icra olunur

12 aprel 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq Zərdab rayon Məşğulluq Mərkəzinə SOCAR tərəfindən ayrılmış 21, “Azərişıq” ASC tərəfindən ayrılmış 30 müvəqqəti iş yerinə qəbulun şəffaf şəraitdə keçməsi üçün 12 aprel 2019-cu il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Məşğulluq Mərkəzinin, Elektrik Şəbəkəsinin, Tərtər Regional Qaz İstismar İdarəsinin Zərdab Xidmət Sahəsinin və digər qurumların rəhbərlərinin, Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin və Aparatın şöbə müdirlərinin iştirakı ilə qərargahın iclası keçirilmişdir.
İclasda hər 3 qurumun rəhbəri məlumat verərək işsizlərin müvəqqəti açılmış iş yerlərinə qəbulu prosedurunun tam şəffaf şəraitdə aparıldığını, bu sahədə heç bir neqativ hala yol verilmədiyini qeyd etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev müvəqqəti açılmış iş yerlərinə vətəndaşların qəbulu və onların normal fəaliyyət göstərmələri üçün şərait yaradılması barədə müvafiq tapşırıqlar vermişdir.
Qərargahın iclasında eyni zamanda qeyd edilmişdir ki, bu günədək Zərdab rayon Məşğulluq Mərkəzində yaşıllaşdırma və kommunal sahədə fəaliyyət göstərmələri üçün açılmış 225 müvəqqəti iş yerinə işsizlərin qəbulu başa çatdırılmış və onlar bu sahədə çox fəal işləyirlər.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər