Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

22 aprel 2019 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir. Zərdab rayonunda  01 aprel 2019-cu il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2019-cu ilin cari 3 ay ərzində Zərdab rayonun əhalisinin sayı 90 nəfər və ya 0,2 faiz artaraq 58857 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2019-cu ilin ilk 3 ayı ərzində rayonda 175, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 19,4 faizi şəhər və qəsəbələrdə, 80,6 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 101 nəfər olmuşdur. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Hesabat dövründə  Zərdab rayonunda 74 ölüm qeydə alınmışdır. Bundan 1 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınmışdır.  Ölənlərin ümumi sayından 1-4 yaşda 1, 25-29 yaşda - 1,  35-39 yaşda – 1,  45-49 yaşda - 4, 50-54 yaşda - 3, 55-59 yaşda - 4, 60-64 yaşda - 8, 65-69 yaşda - 9, 70-74 yaşda - 10, 75-79 yaşda - 7, 80-84 yaşda - 14, 85 yaşdan yuxarı - 11 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 1,4-dən 1,3-ə qədər azalmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
2019-ci il yanvar-mart ayları ərzində rayon üzrə 77 nikah və 12 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 28,8, qadınlar arasında isə 24,2 yaş təşkil edir.
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Zərdab rayonuna  gələn qeydə alınmamışdır. Zərdab rayonundan isə  11 nəfər gedən qeydə alınaraq miqrasiyanın mənfi saldosu 11 nəfər təşkil etmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər