Şriftin ölçüsü :

Saytın rəngi :

İsaqbağı kəndində Zərdab Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib

08 may 2019 | 16:00

Zərdab rayonunun İsaqbağı kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Natiq həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar barədə iştirakçılara məlumat vermiş, keçirilən müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr və digər məsələləri onların diqqətinə çatdırmışdır.
Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə, kənd qəbiristanlığının ətrafındakı şirəkeş kanalının qazılmasını, kəndin ərazisində yerləşən məktəb və körpələr evi-uşaq bağçalarının yeni çəkilən Zərdab-Qaravəlli avtomobil yolunun kənarında yerləşməsini nəzərə alaraq yol nişanlarının qoyulmasını və sair məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər