Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 74-CÜ İLDÖNÜMÜ QEYD OLUNDU

09 may 2019 | 16:00

Zərdab şəhərində, Kür çayı sahilindəki Qələbə meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidə kompleksi önünə, sonra isə Zərdab rayonundan olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önünə gül dəstələri qoymuşlar.
Zərdab rayon icra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev mərasimdə çıxış etmişdir. Bildirmişdir ki, müharibə illərində xalqımız həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlar arasında zərdablılar da çox olmuşdur. Qeyd edilmişdir ki, ölkəmiz hazırda müharibə şəraitində olmasına baxmayaraq dövlətimizin başçısı bütün insanlara, xüsusilə, müharibə veteranlarına, onların sosial problemlərinin həllinə yüksək diqqət və qayğı göstərir.
Mərasimdə çıxış edənlər müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişdirlər.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər