Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA BAĞÇA BİNASI İSTİFADƏYƏ VERİLDİ

09 may 2019 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı çərçivəsində Zərdab şəhərində inşa edilən 50 yerlik müasir körpələr evi-uşaq bağçası istifadəyə verilib.
İstifadəyə verilən körpələr evində nümunəvi şərait yaradılıb. Metodiki və dərs vəsaitləri, zəruri avadanlıqlar, istilik və soyutma sistemləri ilə təchiz edilən körpələr evinin ətrafları da abadlaşdırılıb. Həyətdə yaşıllıqlar salınıb, işıqlandırma sistemi və uşaq əyləncə qurğuları quraşdırılıb.
Yeni bağçanın istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə dövlətimizin, o cümlədən Heydər Əliyev Fondunun sosial-iqtisadi sahələrdə həyata keçirdikləri mühüm layihələrdən faktlarla söz açılıb. Bildirilib ki, məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən qayğının ən bariz nümunəsidir.
Rəmzi qırmızı lent kəsildikdən sonra körpələr evinin müxtəlif otaqlarında yaradılan şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

 

Keçidlər