Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib

27 may 2019 | 16:00

“Nəsimi ili” tədbirləri çərçivəsində respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da müxtəlif tədbirlər hazırlanıb həyata keçirilmiş, 27 may 2019-cu il tarixdə isə Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə təntənəli mərasim keçirilmişdir. Əvvəlcə şairin 650 illik yubileyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbiri giriş sözü ilə Rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyeva açmışdır. Bildirilmişdir ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.
Rayonun körpələr evi-uşaq bağçalarının, məktəblərin və mədəniyyət müəssisələrinin hazırladıqları  kompozisiyalar nümayiş etdirilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər