Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda barama tədarükü davam edir

09 iyun 2019 | 16:00

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür.
Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq barama tədarük edilmişdir.
2019-cu ildə 1750 qutu barama qurdu kümçülərə paylanmışdır. 3800 nəfəri əhatə edən 760 ailə bu işlərlə məşğul olur. Artıq rayonda barama təhvilinə başlanılmışdır. Bu günədək 50 ton barama təhvil verilmiş, yaxın günlərdə isə 70 ton proqnoz tapşırığa əməl ediləcəkdir.

Rayon üzrə öndə gedən kümçülər:
Gəlmə kənd sakini Teymur Teymurzadə  – 476 kq
Alıcanlı kənd sakini Əlişah Cavadov – 415 kq
Nəzəralılı kənd sakini Surxay Xəlilov – 327 kq
Məmmədqasımlı kənd sakini Rəşad Rəşidov – 258 kq
Əlvənd kənd sakini Mənsur İbrahimov – 241 kq
Sarıqaya kənd sakini Çingiz Abbasov – 240 kq
Bıçaqçı kənd sakini Əlif Qurbanov – 239 kq
Zərdab şəhər sakini Yusif Muradov - 223 kq
Ağabağı kənd sakini Əlişah Qurbanov – 191 kq

Keçidlər