Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ÜMUMMİLLİ LİDERİN ÖLKƏMİZDƏ İLK DƏFƏ SİYASİ HAKİMİYYƏTƏ GƏLİŞİNİN 50-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU

12 iyul 2019 | 16:00

Zərdab rayon ictimaiyyəti Azərbaycanın qüdrətli və müstəqil bir dövlət kimi formalaşmasında, inkişaf etməsində, xalqımızın firavan yaşamasında müstəsna xidmətləri olan Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad etməklə abidəsi önünə tər güllər düzüblər.
Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü ilə bağlı təşkil olunan toplantıda çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Rəhman Feyzullayev bildirib ki, Ümummilli liderin fəaliyyəti dövründə baş vermiş müsbət dəyişikliklərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi böyük əhəmiyyət kəsb edib. Ona görə də tam əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanın indiki uğurlarının təməli məhz o illərdə qoyulub. Heydər Əliyev hakimiyyətinin 1969-1982-ci illər dövrünün təhlili göstərir ki, həyata keçirilən tədbirlərin tam əksəriyyəti böyük uzaqgörənliklə bu günümüzə hesablanıb.
Müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi dövr ərzində də bu böyük şəxsiyyət müstəqilliyimizin möhkəmləndirilməsi, müstəqil dövlət təsisatlarının yaradılması, Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi və bütün sahələrdə mütərəqqi islahatların aparılması istiqamətində tarixi addımlar atıb. Onun siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcı şəkildə davam etdirilməsi iqtisadi inkişaf tədbirlərini daha da sürətləndirir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər