Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib

06 avqust 2019 | 16:00

Zərdabda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Rayon icra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev məruzəsində qeyd edib ki, Zərdab rayonunda cari ilin birinci yarısında iqtisadiyyatın əsas sahələrində 79 milyon 193 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 79 min manat və ya 21,6 faiz çoxdur. Ümumi məhsulun 44 milyon 138 min manatı və ya 55,7 faizi aqrar sektorun payına düşüb. Bildirilib ki, rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, 18 min 715,5 hektar sahədən 62 min 135 ton taxıl istehsal olunub. Bu, ötən ildəkindən 1985 ton çoxdur. Hər hektarın məhsuldarlığı 1 sentner artaraq 33,6 sentner, adambaşına düşən taxılın miqdarı 25 kiloqram çoxalaraq 1 ton 54 kiloqrama çatıb. Heyvandarlıq sahəsində də yaxşı nəticələr qazanılıb. Belə ki, mal-qaranın baş sayı çoxalıb, bütün göstəricilərə görə məhsul istehsalı artıb. Məruzə və çıxışlarda ixracyönümlü məhsulların istehsalına diqqətin artdığı xüsusilə vurğulanıb. Cari mövsümdə 1750 qutu (33250 qram) ipəkqurdu toxumundan ötən ildəkindən 11 ton 441 kiloqram çox olmaqla 65 ton 321 kiloqram barama tədarük edilərək, respublikada ən yüksək göstəriciyə nail olunub. Kümçülərin arzusu nəzərə alınaraq yayda ikinci partiya ipəkqurdu bəslənilib və uğurla nəticələr qazanılıb. Hazırda 2264 hektar sahədə pambıq yetişdirilir. Kartofçuluq, çəltikçilik, bostan-tərəvəzçilik sahələrində də nəticələr diqqətəlayiqdir. Yığıncaqda tikinti-quruculuq və abadlıq işlərindən, ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı sahələrində reallaşdırılan layihələrdən danışılıb, habelə qarşıda duran vəzifələr geniş təhlil olunub. Sonda ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

 

Keçidlər