Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq sürətli inkişaf yolundadır

16 sentyabr 2019 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 iyul 2019-cu il vəziyyətinə) 54741 baş iri buynuzlu, 113794 baş xırda buynuzlu heyvan var. 01 iyul 2019-cu il tarixə ət istehsalı 20662 sentner, süd istehsalı 122340 sentner, yumurta istehsalı 4902 min ədəd, yun istehsalı 1628 sentner olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 7 sentner, süd istehsalı 31 sentner, yumurta istehsalı  1 min ədəd, yun istehsalı 3 sentner  artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2019 cu ilin yanvar-iyun aylarında 1660 baş inək və düyələrdə süni mayalanma aparılmış, 856 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika Idarəsi

Keçidlər