Şriftin ölçüsü :

Saytın rəngi :

Salahlı kəndində Zərdab Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib

09 oktyabr 2019 | 16:00

Zərdab rayonunun Salahlı kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər