Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

01 noyabr 2019 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  01 oktyabr 2019-cu il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2019-cu ilin 9 ayı ərzində Zərdab rayonun əhalisinin sayı 275 nəfər və ya 0,5 faiz artaraq 59042 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2019-cu ilin ilk 9 ayı ərzində rayonda 502, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 18,9 faizi şəhər və qəsəbələrdə, 81,1 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 270 nəfər olmuşdur.
Hesabat dövründə  Zərdab rayonunda 232 ölüm qeydə alınmışdır. Bundan 3 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınmışdır.  Ölənlərin ümumi sayından 1-4 yaşda 2, 15-19 yaşda 1, 25-29 yaşda - 2,  35-39 yaşda – 8,  45-49 yaşda - 9, 50-54 yaşda - 8, 55-59 yaşda - 20, 60-64 yaşda - 20, 65-69 yaşda - 18, 70-74 yaşda - 26, 75-79 yaşda - 22, 80-84 yaşda - 46, 85 yaşdan yuxarı - 47 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 4,0-dan 3,9-a qədər azalmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
2019-ci il yanvar-sentyabr  ayları ərzində rayon üzrə 202 nikah və 45 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,7, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Zərdab rayonuna  gələn 34 nəfər,  rayondan isə  29 nəfər gedən qeydə alınaraq miqrasiyanın mənfi saldosu 5 nəfər təşkil etmişdir.
                         

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər