Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

10 fevral 2020 | 16:00

2019-cu ilin  yekunlarına görə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı  5957 nəfər olmuş, onlardan 4495 nəfəri və ya 75,5 faizi iqtisadiyyatın dövlət sektorunda, 1462 nəfəri və ya 24,5 faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 35,6 faizi təhsil, 20,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,4 faizi sənaye, 5,9 faizi istirahət, əyləncə və incəsənət sahəsi, 1,9 faizi tikinti, 1,2 faizi informasiya və rabitə, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2019-cu ilin  yekunlarına görə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,7 faiz artaraq 351,0 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Zərdab Rayon Statistika İdarəsI

Keçidlər