Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda qanvermə aksiyası həyata keçirilib

02 may 2020 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə başlanılmış xeyirxah kampaniyaya dəstək məqsədilə 02 may tarixində Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Respublika Qan Bankının Mingəçevir Bölməsinin əməkdaşları tərəfindən xeyirxah kampaniyaya qoşulanlar lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Aksiyada 200 nəfərə yaxın rayon sakini iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Keçidlər