Şriftin ölçüsü :

Saytın rəngi :

“kanal24.az” youtube kanalında yayımlanan “Zərdab rayonunda etiraz aksiyası” adlı video ilə bağlı Rayon İcra Hakimiyyətinin açıqlaması

09 may 2020 | 16:00

“kanal24.az” youtube kanalında yayımlanan “Zərdab rayonunda etiraz aksiyası” adlı video ilə bağlı bildiririk ki, Zərdab rayonunun Gödəkqobu kənd sakinləri kollektiv müraciət edərək bələdiyyənin ümumi istifadəsində olan örüş torpaqlarının rayonun əvvəlki rəhbərliyinin dövründə Gödəkqobu bələdiyyəsi tərəfindən qanunsuz olaraq ayrı-ayrı şəxslərin istifadəsinə və icarəsinə verilməsindən şikayət edir və torpaqların boşaldılaraq sakinlərin ümumi istifadəsinə qaytarılmasını tələb edirlər. Bildiririk ki, 08.05.2020-ci il tarixdə 35-40 nəfərə qədər Gödəkqobu kənd sakini karantin rejimi olmasına baxmayaraq heç bir tibbi maskadan istifadə etmədən, sosial məsafəni gözləmədən Rayon İcra Hakimiyyətinin binasına daxil olmuş və bütün davranış normalarına zidd olaraq xaotik şəkildə çıxışlar edərək örüş torpaqlarının onların ümumi istifadəsinə qaytarılmasını, zəbt olunmuş  torpaqların geri alınmasını tələb etmişlər. Onlara fikirlərini ifadə etmək üçün öz aralarından 5 nəfərin seçilərək Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olması təklif edilmiş, lakin onlar bundan imtina etmişlər. Odur ki, onlar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri tərəfindən qəbul edilmiş və dinlənilmişlər. Vətəndaşlar dinlənildikdən sonra onların qaldırdıqları məsələləri yerdə araşdırmaq üçün İcra Hakimiyyəti başçısının sərəncamı ilə xüsusi komissiya yaradılmış və komissiyanın 11 may 2020-ci il tarixdən fəaliyyətə başlaması təmin ediləcəkdir. Bu barədə kənd sakinlərinə məlumat verilmişdir.
Gödəkqobu bələdiyyəsinin məlumatına əsasən bələdiyyənin ümumi istifadəsində 558 ha torpaq sahəsi vardır. Onun əkin üçün nəzərdə tutulmuş 62,9 hektarının hamısı icarəyə verilmiş, örüş üçün nəzərdə tutulmuş 119,5 ha torpaq sahəsinin isə 9 hektarı icarəyə verilmiş, hazırda 110,5 ha sahə boşdur.
Eyni zamanda əkin sahələrinin suvarılmasına çətinlik çəkmələri ilə bağlı kənd sakinlərinin qaldırdığı məsələ ilə əlaqədar bildiririk ki, havaların kəskin quraqlıq keçməsi nəticəsində Göyçay və Türyançay çayları tamam qurumuş, bu səbəbdən də həmin çaylardan əkin sahələrinin suvarılması üçün istifadə etmək mümkün olmamışdır. Gödəkqobu kəndinin də əkin sahələrinin xeyli hissəsi həmin çaylardan istifadə etməklə suvarılır.
Mərdan Camalzadə Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi 12.11.2019-cu il tarixdən bu günədək bir hektar da olsa dövlət və bələdiyyə torpaqlarının kimlərəsə istifadəyə və icarəyə verilməsi barədə qərar qəbul etməmiş, bu barədə müvafiq tapşırıq verməmişdir.

Keçidlər