Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

14 may 2020 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  01 aprel 2020-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2020-ci ilin 3 ayı ərzində Zərdab rayonun əhalisinin sayı 41 nəfər və ya 0,07 faiz artaraq 59380 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2020-ci ilin ilk 3 ayı ərzində rayonda 111, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 15,3 faizi şəhər və qəsəbələrdə, 84,7 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 17 nəfər olmuşdur.
Hesabat dövründə Zərdab rayonunda 94 ölüm qeydə alınmışdır. Dövr ərzində 1 yaşa qədər ölüm halı qeydə alınmamışdır.  Ölənlərin ümumi sayından 1-4 yaşda 1, 30-34 yaşda 1, 35-39 yaşda 2, 40-44 yaşda 2,  45-49  yaşda 3, 50-54 yaşda 6, 55-59 yaşda 7, 60-64 yaşda 9, 65-69 yaşda 7, 70-74 yaşda 7, 75-79 yaşda 10, 80-84 yaşda 24, 85 yaşdan yuxarı 15 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 1,3-dən 1,6-ya qədər artmışdır.
2020-ci il yanvar-mart ayları ərzində rayon üzrə 71 nikah və 16  boşanma halı qeydə alınmışdır. 
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Zərdab rayonuna  gələn 27 nəfər,  rayondan isə  3 nəfər gedən qeydə alınaraq miqrasiyanın müsbət  saldosu 24 nəfər təşkil etmişdir.
                         

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər