Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON SAKİNLƏRİNİN NƏZƏRİNƏ

19 may 2020 | 16:00

Tərtər Regional Qaz İstismar İdarəsinin 19.05.2020-ci il tarixli telefonoqramına əsasən bildiririk ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə Zərdab "SMD-66" ATSC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə aparılacaq işlərlə əlaqədar 20 may 2020-ci il tarixdə saat 14:00-dan işlər başa çatanadək rayonun Dəli Quşçu, Dəkkəoba, Qaravəlli, Böyük Dəkkə, İsaqbağı, Şıxbağı, Nəzəralılı, Şəftəhal, Aşağı Seyidlər, Şahhüseynli, Əlvənd, Otmanoba kəndlərinin və Zərdab şəhərinin ("32 hektar" adlanan ərazi istisna olmaqla) təbii qazla təchizatında fasilə yaranacaqdır.

Keçidlər